RU

"Haqqın varmı buna?" - Abbasdan Kərimə CAVAB

Ötən verilişlərin birində canlı ifa edən Xalq artistləri Nazpəri Dostəliyeva, Samir Cəfərov və Əməkdar artist Təyyar Bayramov barədə müğənni Kərim Abbasov fikir bildirərək onları fonoqramla oxumağa səsləmişdi. 


Manset.az-ın məlumatına görə, Əməkdar artist Abbas Bağırov K.Abasovun bu paylaşımına münasibət bildirib. O, sənətkarların bu şəkildə müzakirə olunmasını tənqid edib:

"Heç bir sənətkar haqqında "həmişə səhvsiz, qüsursuz oxuyur" demək olmaz. Səhnə - canlı sənətdir və burada hər kəsin bəzən istəmədiyi anda texniki və ya digər səbəbdən problemlər yaşaması təbiidir.

Təəssüf ki, bu gün bəzi "məlum" sənətkarların gözəl əsərləri, mahnıları barədə danışmaq, paylaşmaq əvəzinə, bir çoxlarını yalnız həmin an yaşadığı kiçik bir problem maraqlandırır.

Əsl musiqi sənətkarına qiymət vermək üçün onun bir ifasına yox, keçdiyi sənət yoluna, qazandığı uğurlara, çəkdiyi zəhmətə, yaratdığı dəyərlərə baxmaq lazımdır. Onun sənətə gəldiyi gündən bu günə qədər nələr yaratdığını görmək və tərəziyə qoymaq gərəkdir.

O halda sual yaranır: sənətin ən yaxşı nümunələrinə göz yumub, haqsız yerə müzakirə aparmaq, kiminsə zəhmətini kölgəyə salmaq nə dərəcədə ədalətlidir? Haqqınız varmı buna?" - deyə Abbas yazıb.

Избранный
20
5
manset.az

6Источники