RU

Solomon adalarında 6,3 bal gücündə zəlzələ baş verib


Okeaniyanın Solomon adalarının Temotu əyalətinin sahillərində 6,3 bal gücündə zəlzələ baş verib.

ABŞ Geoloji Xidməti (USGS) 6,3 bal gücündə zəlzələnin episentrinin əyalətin Lata şəhərindən təxminən 108 kilometr cənub-şərqdə olduğunu bildirib.

31 kilometr dərinlikdə baş verən zəlzələ nəticəsində insan tələfatı və dağıntı olmayıb, sunami xəbərdarlığı da verilməyib.

aia.az
Tərcümə şöbəsi



Избранный
24
27
aia.az

10Источники