RU

48 ailə Ağdərənin bu kəndlərinə yola salındı

Bu gün Ağdərə rayonunun Kolatağ və Vəngli kəndlərində yaşayacaq 48 ailə (172 nəfər) respublikamızın müxtəlif bölgələrindən doğma yurdlarına yola salınıb.
 
Moderator.az xəbər verir ki, Kolatağ kəndinə 26 ailə olmaqla 89 nəfər, Vəngli kəndinə isə 22 ailə olmaqla 83 nəfər köçürülür.
 
Köçürüləcək ailələri məskunlaşdıqları ərazidən yerli icra qurumlarının nümayəndələri yola salıblar.
 
Bununla da Ağdərə rayonunun 5 yaşayış məntəqəsinə 407 ailə (1420) nəfər köçürülmüş olacaq.
Избранный
26
6
moderator.az

7Источники