RU

KİV: Putin və Tramp Ukrayna ilə bağlı razılığa gəldi

BAKI, 15 avqust. TELEQRAF

ABŞ və Rusiya prezidentləri Donald Trampla Vladimir Putin avqustun 15-də Alyaskada görüşəcək. ABŞ liderinin Ukraynada atəşkəslə bağlı ümidləri qeyri-müəyyən olaraq qalsa da, onun rusiyalı həmkarı hər iki tərəfi simasını xilas etməyə kömək edə biləcək mümkün nüvə sazişi təklif edib.

Teleqraf xəbər verir ki, bu barədə mənbələrə istinadla “Reuters” məlumat yayıb.

Kremlə yaxın mənbə agentliyə deyib ki, hər iki tərəf əvvəlcədən müəyyən dil tapa bilib:

“Görünür, görüşdə bəzi şərtlər razılaşdırılacaq, çünki Trampdan imtina etmək olmaz, biz də (sanksiya təzyiqinə görə) ondan imtina edə bilmərik”.

“Reuters”in məlumatına görə, Putin tam atəşkəs üçün sərt şərtlər irəli sürüb, amma bir kompromis hava müharibəsinin mərhələli şəkildə dayandırılması ola bilər.

Analitiklərə görə, Putin istəsə, Ukraynada eskalasiyanı saxlayaraq, Trampa istədiyini verirmiş görüntüsü yaratmağa çalışa bilər.

Избранный
72
34
teleqraf.com

10Источники