RU

Səudiyyə Ərəbistanı İsrailin bu layihəsini pislədi: Ciddi təhlükədir

Səudiyyə Ərəbistanı Şərqi Qüdsdə fələstinlilərə məxsus torpaqlarda qeyri-qanuni yaşayış məntəqələrini genişləndirəcək “E1” layihəsini qəti şəkildə pisləyib.

Publika.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bildirilib ki, bu layihə sülh variantını əngəlləyir və iki dövlətli həll perspektivləri üçün ciddi təhlükə yaradır. Qeyd olunub ki, İsrailin maliyyə naziri Bezalel Smotriç tərəfindən təsdiqlənən layihə Fələstinin potensial genişlənməsinin qarşısını almaq məqsədi daşıyır:

“Beynəlxalq ictimaiyyət öz hüquqi və mənəvi öhdəliklərini yerinə yetirməli, Fələstin xalqının qanuni hüquqlarını qorumalı və tanımalıdır. İsrailin Qəzzaya hücumları və İordan çayının qərb sahili və Şərqi Qüdsdəki qeyri-qanuni pozuntuları dərhal dayandırılması və soyqırımı kimi qiymətləndirilən cinayətlərin səbəbkarlarının mühakimə olunması tələb edilir”.

Избранный
43
publika.az

1Источники