RU

33 il tədavüldə...

Qafqazinfo saytından alınan məlumata görə, ain.az bildirir.

1992-ci ilin bu günü - 15 avqustda Azərbaycan manatı tədavülə buraxılıb.

“Qafqazinfo”nun məlumatına görə,1994-cü il yanvarın 1-dən manat ölkədə yeganə ödəniş vasitəsi elan olunub.

Manatın tarixinə nəzər salsaq...

1992-ci ilin avqustunda 1, 10 və 250 manatlıq əsginaslar, noyabrında 5, 10, 20 və 50 qəpiklik sikkələr, dekabrında 5 manatlıq əsginas, 1993-cü ilin martında isə 50, 100, 500 və 1000 manat nominallı kağız əsginaslar dövriyyəyə buraxılıb. Azərbaycanın 1-ci pul emissiyası 1992-ci ildə Fransa Mərkəzi Bankı tərəfindən çap edilib.

Yeni dizaynla 1 və 10 manatlıq əsginaslar həmin şirkətdə istehsal olunub.

Azərbaycan Prezidentinin 7 fevral 2005-ci il tarixdə “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” Fərmanına uyğun olaraq, 2006-cı il yanvarın 1-dən etibarən yeni manata keçidlə əlaqədar 1 yeni manat AZN 5000 köhnə AZM-ə bərabər tutulub.

AZM və AZN birgə 1 il ərzində – 2006-cı ildə dövriyyədə olub və yalnız 2007-ci il yanvarın 1-dən isə yeni manata tam keçid təmin edilib. Lakin AZM-lərin AZN-lərə dəyişdirilməsi prosesinə heç bir məhdudiyyət qoyulmayıb.

Azərbaycanın yeni nəsil əsginas və sikkələrinin dizaynları vahid konsepsiya əsasında hazırlanıb. Yeni pulların dizayn mövzusu “Müstəqil Azərbaycan” müəyyən edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
64
2
qafqazinfo.az

3Источники