"Mançester Yunayted"in yarımmüdafiəçisi Kazemiro komandasının bu mövsüm İngiltərə Premyer Liqasının (İPL) qalibi olacağını açıqlayıb.
Fanat.Az xəbər verir ki, "British GQ" braziliyalı futbolçunun ona ünvanlanan sualı cavablandırdığı videonu "X" hesabında paylaşıb:
- Bu mövsüm İngiltərə çempinatını hansı komanda qazanacaq?
- "Mançester Yunayted".
Xatırladaq ki, MY ötən "futbol ili"ndə portuqaliyalı mütəxəssis Ruben Amorimin rəhbərliyi altında İPL-dəki mübarizəni 15-ci yerdə tamamlayıb. "Qırmızı şeytanlar" 38 oyuna 42 xal toplayıblar. Mançester təmsilçisi yeni mövsümdə ilk sınağına avqustun 17-də çıxacaq. Sözügedən kollektiv öz meydanında "Arsenal"la qarşılaşacaq.
Nihat