RU

Overçuk: Rusiya "Tramp yolu"nu dəstəkləyir

"Moskva “Tramp yolu” layihəsini dəstəkləyir".

Operativ Media xəbər verir ki, bunu Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk bildirib.

“Ermənistan bizim strateji tərəfdaşımızdır. Əgər onlar müəyyən addımın özlərinə xeyir gətirəcəyinə inanırlarsa, biz də təbii olaraq bunu dəstəkləyirik,” – deyə Overçuk jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Rusiya Cənubi Qafqazda öz maraqlarına uyğun olan sülh təşəbbüslərini dəstəkləyir. Lakin o da qeyd edib ki, əldə edilə biləcək razılaşmalar çərçivəsində bəzən müəyyən məqamlar ortaya çıxır və Moskva bu məsələləri İrəvan və Bakı ilə birlikdə aydınlaşdırmalıdır.

Избранный
31
operativmedia.az

1Источники