Azvision saytına istinadən ain.az xəbər verir.
Bu barədə Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk yerli mətbuata müsahibəsində məlumat verib. Onun sözlərinə görə, Moskva Baş naziri "tezliklə" gözləyir. Nikol Paşinyan Rusiyaya axırıncı dəfə iyulda getmiş, ikigünlük səfər çərçivəsində Beynəlxalq Ətraf Mühit Konfransına qoşulmuşdu.Aleksey Overçuk, eyni zamanda, diqqətə çatdırıb ki, o özü gələn həftə "Ermənistanın Avrasiya İqtisadi İttifaqındakı (Aİİ) fəaliyyəti üzrə müzakirələr aparmaq məqsədilə" gələn həftə İrəvana yollanacaq. Bu səfər Ermənistanın hökumətinin Aİİ-yə qarşı zidd hərəkətləri fonunda reallaşacaq. "İrəvanda Baş nazir Nikol Paşinyanla da görüş baş tuta bilər. Onunla (ABŞ-Azərbaycan-Ermənistan sazişi fonunda - red.) Cənubi Qafqazda kommunikasiya yollarının açılması ilə əlaqədar müəyyən nüanslar ətrafında danışacağıq", - Rusiya Baş nazirinin müavini söyləyib. O bu məsələyə dair Azərbaycan tərəfi ilə də Moskvada görüş keçiriləcəyini vurğulayıb. Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderləri münaqişənin sülh yolu ilə həllinə dair birgə bəyannamə imzalayıblar. Mərasimdə Donald Tramp Zəngəzur dəhlizindən də danışaraq, ABŞ-nin Ermənistanla 99 illik müqavilə imzaladığını, bu müqavilənin daha 99 il uzadılacağını bildirib.
Overçuk: "Moskva "Tramp yolu"nu dəstəkləyir"
"Üçtərəfli saziş əsasında yaradılan "Tramp yolu" layihəsi tərəflərin xeyrinədirsə, Moskva da bu layihəni dəstəkləyir. Əgər Ermənistan düşünürsə ki, nəsə onlar üçün faydalıdır, əlbəttə, biz də öz töhfəmizi verərik. Ümumiyyətlə, Cənubi Qafqazda maraqlarımıza cavab verən sülh prosesini dəstəkləyirik", - A.Overçuk müsahibəsində deyib.Digər tərəfdən, dünən ABŞ-nin "Fox News" telekanalına müsahibəsində Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Vaşinqtonla imzalanmış saziş və bəyannamədə həm İran, həm də Rusiya üçün nəzərəçarpan real faydalar var. Firudin Həmidli
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.