Son iki həftədə Türkiyənin 73 bölgəsində narkotik satıcılarını hədəf alan əməliyyatlar keçirilib.
Herbiand.az “Milliyet”ə istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri Ali Yerlikaya bildirib.
O, əməliyyatlar zamanı 479 kiloqram narkotik və 783 min 80 həb ələ keçirildiyini açıqlayıb. Nazir əlavə edib ki, 1695 nəfər şübhəli qismində saxlanılıb.
Əməliyyatlarda 2548 qrup, 6350 nəfər şəxsi heyət, 18 təyyarə və 37 narkotik axtarış iti iştirak edib. Nazir Yerlikaya, əməliyyatları koordinasiya edən hüquq-mühafizə orqanları əməkdaşlarını təbrik edib: “Narkomaniya ilə bu mübarizə gənclərimizi qorumaq, gələcəyimizin təminatıdır”.