Pakistan mediası xəbər verir ki, bu ölkənin Xiber Paxtunxva əyalətində çoxlu sayda ev suyun altında qalıb. Xilasedicilərin məlumatına görə, bu əyalətdə azı 8 nəfər ölüb, 4 nəfər xəsarət alıb, 17 nəfər isə itkin düşüb. Yaralılar yerli xəstəxanalara çatdırılıb, itkin düşənlərin axtarışı isə davam edir.
Bölgəyə yağan güclü yağışdan sonra Sori Pav rayonunda bir evin uçması nəticəsində 5 nəfər ölüb, 4 nəfər isə yaralanıb. Əyalətin Mansehra rayonunda avtomobili sel aparması nəticəsində iki nəfər ölüb, bir nəfər xəsarət alıb.
Pakistanda iyunun 26-dan bəri davam edən musson yağışları nəticəsində ölənlərin sayı 328-ə çatıb. Milli Fəlakətlərin İdarə Edilməsi Təşkilatının məlumatına görə, 740-dan çox insan yaralanıb. Ölənlərin əksəriyyətinin – 164 nəfərin və 582-dən çox yaralının şərqdəki Pəncab əyalətində olduğu bildirilib.
Güclü yağışlar Balatistan bölgəsinin müxtəlif nöqtələrində sürüşmələrə səbəb olub, xilasedicilər müxtəlif ərazilərdə qapalı qalan insanları təxliyə etmək üçün mübarizə aparıblar.
10Источники
-
news24.azABŞ-də restoranda insident - Ölənlər var ( 20428140)
-
dogru.azBruklində restoranda atışma: 3 ölü, 9 yaralı ( 20432883)
-
dogru.azBruklində restoranda atışma: 3 ölü, 9 yaralı ( 20432880)
-
manset.azNyu-Yorkda atışma baş verdi - 3 nəfər öldürüldü ( 20430834)
-
hafta.azNyu-Yorkda restoranda atışma - 3 nəfər həlak olub ( 20430276)
-
heftelik.azABŞ-da qanlı bazar: Atışmada 3 nəfər ölüb, 8 yaralı var ( 20429853)
-
operativmm.azNyu-Yorkda atışma baş verib, 3 nəfər ölüb ( 20429808)
-
publika.azNyu-Yorkda atışma baş verdi: 3 nəfər öldürüldü ( 20429658)
-
az.trend.azNyu-Yorkda restoranda atışma nəticəsində 3 nəfər həlak olub ( 20429025)
-
yeniazerbaycan.comNyu-Yorkda atışma baş verib, 3 nəfər ölüb ( 20428827)