RU

Çin robotu 100 metr məsafədə dünya rekordu vurdu


“White Rhino” (“Ağ kərgədan”) adlı dördayaqlı robot 100 metr məsafəyə qaçışda yeni rekord vurub.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Çinin Çjetzyan Universitetinin mühəndisləri məlumat verib.
Robot 100 metr məsafəni 16,33 saniyəyə qət edərək, Cənubi Koreya robotu” Hound”un əvvəlki 19,87 saniyəlik dünya rekordunu yeniləyib.
Rekord Çjetzyan əyalətinin paytaxtı Xançjouda sınaq poliqonunda qeydə alınıb.
Məlumatda həmçinin, robotun bu nəticə ilə “Ginnesin Rekordlar Kitabı”na düşdüyü bildirilir.
Qeyd edək ki, “White Rhino” universitetin X-Mexanika Mərkəzi, Aviasiya və Kosmik Elmlər Fakültəsi və Xançjou Qlobal Elm və Texnologiya İnnovasiya Mərkəzi tərəfindən birgə hazırlanıb. O, eyni vaxtda 100 kiloqrama qədər yük daşıya bilir.
Xatırladaq ki, insanlar arasında 100 metr məsafəyə qaçış üzrə dünya rekordu 9,58 saniyə ilə Useyn Bolta aiddir. O, bu rekordu 2009-cu ildə Berlində əldə edib.
Избранный
28
11
yeniavaz.com

10Источники