RU

Maşın yanmağa başladı: YPX əməkdaşları söndürdü Video

ain.az, Axar.az portalına istinadən məlumat yayır.

Paytaxt sakini Gülağa Məmmədovun idarə etdiyi “Mersedes” markalı avtomobil Bakı-Şamaxı-Yevlax avtomobil yolunda hərəkətdə olarkən nəqliyyat vasitəsinin mühərrikində yanğın müşahidə edilib.

Axar.az xəbər verir ki, avtomobili getdikcə alovlanan sürücünün köməyinə yol polisi çatıb.

Digər hərəkət iştirakçılarının təhlükəsizliyini təmin edən YPX Alayının əməkdaşlarının çevikliyi sayəsində şiddətlənən alov söndürülüb, avtomobilin tamamilə yanaraq sıradan çıxmasının qarşısı alınıb.

Baş Dövlət Yol Polisi İdarəsi xüsusilə yay aylarında analoji hadisələrin sayının artmasını nəzərə alaraq, bir daha sürücülərdən avtomobillərinin texniki sazlığını daim diqqət mərkəzində saxlamağı, uzaq səfərlərdən öncə onları texniki müayinədən keçirməyi xahiş edir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
60
8
axar.az

10Источники