Vətəninfo.az xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Yəməndə “Ənsar Allah” (husilər) qruplaşmasına çatdırılması planlaşdırılan və İran tərəfindən göndəriləən silahların ələ keçirildiyini açıqlayıb.
Məlumata görə, avqustun 6-da Yəmən təhlükəsizlik qüvvələri pilotsuz uçuş aparatları, raketlər, simsiz rabitə cihazları və qabaqcıl idarəetmə komponentləri daşıyan gəmini saxlayıb. ABŞ tərəfi bu silahların İran tərəfindən husilərə göndərildiyini bildirib.