Bakı. Trend:
Macarıstanın “Ferensvaroş” komandasının UEFA ÇempionlarLiqasının pley-off mərhələsində “Qarabağ”la oyunlar üçün heyətibəlli olub.
Trendxəbər verir ki, baş məşqçi Robbi Kin bu görüşlər üçün 23 futbolçunuA siyahısına daxil edib.
Qapıçılar: Denes Dibuş, David Qrof,
Müdafiəçilər: Stefan Qartenmann, Endre Botka, İbrahim Sisse,Kadu, Cebrail Makrekis, Qabor Salai, Norbert Kayan, ToonRaemaekers, Barnabaş Naqi.
Yarımmüdafiəçilər: Nabi Keyta, Conatan Levi, KristofferZakariassen, Bense Etvöş, Qabi Kaniçovski, Aleks Tot, KallumO'Douda.
Hücumçular: Lenni Jozef, Aleksandar Peşiç, Barnabaş Varqa,Daniel Arzani, Jombor Qruber
Çempionlar Liqasının III təsnifat mərhələsində Bolqarıstan“Ludoqorets”i ilə keçirilən oyunlarda adı iştirak ərizəsində olanHabin Mayqa zədəyə görə heyətdən kənarda qalıb. Onu Daniel Arzaniəvəzləyib. Bu ilin fevral ayında “Qarabağ”dan “Ferensvaroş”a keçənJulio Romao da zədə səbəbindən hər iki matçı buraxacaq.
Qeyd edək ki, "Qarabağ" “Ferensvaroş”a qarşı ilk oyununuavqustun 19-da səfərdə, cavab matçını 27-də evdə keçirəcək.