RU

“Putin və Tramp dəhlizə birgə nəzarəti müzakirə edəcəklər” Rusiyalı deputat

Yenisabah saytından verilən məlumata görə, ain.az xəbər verir.

Vladimir Putin və Donald Tramp Alaskada görüş zamanı Ermənistan və Azərbaycan əraziləri arasında nəqliyyat marşrutuna nəzarət məsələsini müzakirə edə bilərlər.

Yenisabah.az TASS-a istinadla xəbər verir ki, bunu Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Viktor Vodolatski deyib.

O bildirib: "Rusiya Federasiyası və ABŞ prezidentlərinin ikitərəfli görüşündə Zəngəzur dəhlizinə nəzarət məsələsinə də baxılacaq", Sezar pizza

Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda ABŞ prezidenti Donald Trampla üçtərəfli görüşdən sonra Azərbaycan prezidenti İlham Əliyev və Paşinyan Bakı ilə İrəvan arasında sülh yolu ilə nizamlanma və iki Qafaz dövləti arasında nəqliyyat dəhlizinin yaradılması haqqında birgə bəyannamə imzalayıblar. Nəqliyyat dəhlizi “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” adlanacaq. Ermənistan ABŞ-yə bu dəhlizi idarə etmək hüququnu 99 il müddətinə verib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
37
7
yenisabah.az

9Источники