BAKI, 15 avqust. TELEQRAF
Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 4 ton 949 kq 473,018 qram narkotik vasitələrin və psixotrop maddələrin 4 ton 335 kq 708,473 qramını marixuana, 229 kq 897,55 qramını heroin, 93 kq 162,747 qramını tiryək, 51 kq 263,838 qramını həşiş, 138 kq 937,107 qramını digər narkotik vasitələr və 100 kq 503,303 qramını psixotrop maddələr təşkil edib.
Teleqraf xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının icmalında qeyd edilib.
Həmçinin, göstərilən dövr ərzində 5183 ədəd metadon, 14808 ədəd çətənə bitkisi, eləcə də 588,2 qram, 95 həb, 39 kapsul güclü təsir edən maddə qanunsuz dövriyyədən götürülmüşdür.