RU

Dünyanın ən təhlükəli ölkələri açıqlandı: Birinci yerdə Rusiya, ikinci Ukrayna və...

ABŞ mərkəzli "Global Guardian" təşkilatı tərəfindən hazırlanan 2025-ci il “Dünyanın ən təhlükəli ölkələri” siyahısı yenilənib. 

Sherg.az xəbər verir ki, araşdırma beynəlxalq statistika, silahlı münaqişələrin intensivliyi, siyasi qeyri-sabitlik, ictimai asayişin pozulması kimi amilləri əsas götürür. Hesabatda iqtisadi böhranlar, daxili qarışıqlıqlar və terror təhlükələrinin də risk səviyyəsini müəyyənləşdirməkdə mühüm rol oynadığı vurğulanır.

Son məlumatlara görə, dünyada sülh mühiti getdikcə zəifləyir. Xüsusilə Yaxın Şərq, Afrika və bəzi Asiya ölkələrində təhlükəsizlik problemləri dərinləşir, sosial gərginlik artır. Siyahının önündə yer alan ölkələr həm siyasi sabitlik baxımından, həm də təhlükəsizlik sahəsində ən çətin şərtlərə malikdir.

"Global Guardian"ın qiymətləndirməsinə əsasən, Türkiyə risk səviyyəsi orta dərəcədə olan ölkələr sırasında yer alaraq 18-ci olub. Türkiyənin risk xalı 2.852 olaraq göstərilib.

İlk 20-lik belədir:

Rusiya
Ukrayna
Sudan
Konqo
Yəmən
Əfqanıstan
Suriya
Cənubi Sudan
İsrail
Mali
Myanmar
Burkina Faso
Somali
Mərkəzi Afrika Respublikası
Şimali Koreya
İraq
Fələstin
Türkiyə
Pakistan
Nigeriya

Siyahının sonunda isə Nikaraqua, Benin və Zimbabve kimi ölkələr var.
Избранный
27
sherg.az

1Источники