Bakı. Trend:
VTB (Azərbaycan) aztəminatlı ailələrdən olan uşaqlar üçünbeşinci “Yay düşərgəsi” təşkil edib. Tədbir 11–12 avqusttarixlərində ölkənin cənub regionunda, “Maricel Astara Resort”-da,Rus Pravoslav Kilsəsinin Bakı-Azərbaycan Yeparxiyasının iştirakıilə keçirilib.
Düşərgənin proqramına müxtəlif fəaliyyətlər daxil olub:intellektual və idman oyunları, maarifləndirici ustad dərsləri,eləcə də maliyyə savadlılığı və kibertəhlükəsizlik mövzularındatəlimlər. İştirakçılar şəxsi büdcənin idarə olunması,investisiyaların əhəmiyyəti, müxtəlif bank məhsulları vəmarketinqin əsasları ilə tanış olublar.
Tədbirin sonunda bütün uşaqlara xatirə hədiyyələri təqdim olunubki, bu da zəngin proqramın xoş sonluğu olub.