RU

Azərbaycanda yeni açılan iş yerlərinin sayı məlum olub

Bakı. Trend:

Bu ilin altı ayı ərzində ölkədə 48,9 min yeni iş yerləriaçılıb.

Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbərverir.

Bu dövrdə yaradılmış iş yerlərinin 92,1 faizi qeyri-dövlətsektorunda açılıb. Yeni açılmış iş yerlərinin 74,7 faizi Bakışəhərinin, 1,1 faizi Naxçıvan Muxtar Respublikasının, 24,2 faizidigər regionların, o cümlədən, 8,3 faizi Abşeron-Xızı, 2,6 faiziQuba-Xaçmaz, 2,5 faizi Şəki-Zaqatala, 2,3 faizi Gəncə-Daşkəsən, 2,1faizi Qarabağ, 1,4 faizi Lənkəran-Astara, 1,1 faizi Mərkəzi Aran,1,1 faizi Şərqi Zəngəzur, 1,0 faizi Şirvan-Salyan, 0,8 faiziQazax-Tovuz, 0,5 faizi Dağlıq Şirvan və 0,5 faizi Mil-Muğaniqtisadi rayonlarının payına düşüb.
Yeni açılmış iş yerlərinin 10,8 faizi yeni yaradılmış müəssisə vətəşkilatlarda, 87,6 faizi mövcud müəssisə və təşkilatlarda, 0,5faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 1,1 faiziisə digər tədbirlər üzrə yaradılıb.

Hüquqi şəxslər tərəfindən yaradılmış iş yerlərinin 25,6 faizitikinti, 18,0 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,7faizi emal sənayesi, 7,8 faizi peşə, elmi və texniki fəaliyyət, 7,6faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 4,0 faiziəhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 3,4 faizi kəndtəsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,3 faizi nəqliyyat vəanbar təsərrüfatı, 2,8 faizi informasiya və rabitə, 2,7 faiziinzibati və yardımçı xidmətlərin göstərilməsi, 2,5 faizi təhsil,9,6 faizi isə digər iqtisadi fəaliyyət növləri üzrə açılıb.

Bununla yanaşı, 2025-ci ilin birinci yarımili ərzində ölkədə 4,3min iş yeri bağlanıb. Bu dövrdə bağlanmış iş yerlərinin 53,4 faiziqeyri-dövlət sektorunun payına düşüb. İş yerlərinin 24,2 faizimüəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 75,8faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılanixtisarlar ilə əlaqədar bağlanıb.

Избранный
20
17
az.trend.az

10Источники