RU

MİDA-nın Şirvanda inşa etdiyi yaşayış kompleksində görülən işlər açıqlanıb

Bakı. Trend:

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin(MİDA) Şirvan şəhərinin Naxçıvan küçəsində inşa edilən növbətilayihəsi olan “Yeni Şirvan” Yaşayış Kompleksinin ümumi sahəsi 8,11hektar təşkil edir.

Trend xəbərverir ki, 11 ədəd onikimərtəbəli və 14 ədəd doqquzmərtəbəliolmaqla, 25 yaşayış binasından ibarət olan yaşayış kompleksinininşası sürətlə və keyfiyyətlə davam etdirilir.

Layihə üzrə 80 yerlik uşaq bağçasının elektrik, santexnik vəfasad suvaq işlərinə başlanılıb. 960 şagird yerlik məktəbbinasının, 14 ədəd 9 mərtəbəli və 11 ədəd 12 mərtəbəli yaşayışbinasının daxili suvaq və bəzək, elektrik, santexnika, taxta vəlaminat döşəmənin vurulması, 13 ədəd 9 mərtəbəli və 10 ədəd 12mərtəbəli yaşayış binasının dam örtüyünün quraşdırılması, 13 ədəd 9mərtəbəli və 10 ədəd 12 mərtəbəli yaşayış binasının fasadlarındaisə rənglənmə işlərinə başlanılıb. Ərazidə abadlıq işləri ilə bağlıbeton bordürlər düzülür, asfalt-beton örtüyün vurulması və yaşıllıqsahələrinin salınması ilə əlaqədar hazırlıq işləri görülür.

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov14.08.2025-ci il tarixində “MİDA” MMC tərəfindən aparılan tikintivə abadlıq işlərinin gedişinə, təmir olunmuş mənzillərə baxışkeçirib, təklif və tövsiyələrini verib.

Yaşayış kompleksində ümumilikdə 1264 mənzil olacaq ki, onlardan32-nin studio tipli, 216-nın ikiotaqlı, 768-nin üçotaqlı, 248-nindördotaqlı olması nəzərdə tutulur.

Studio tipli mənzillərin sahəsi təqribən 40,1 kvadratmetr,ikiotaqlı mənzillərin sahəsi təqribən 57,7 kvadratmetr, üçotaqlımənzillərin sahəsi təqribən 72,8 – 76,7 kvadratmetr, dördotaqlımənzillərin sahəsi təqribən 98,7 – 114,6 kvadratmetr təşkiledəcək.

Bütün mənzillər tam təmirli və mətbəx mebeli ilə təchiz olunmuşvəziyyətdə vətəndaşlara təklif olunacaq.

Yaşayış binaları ilə yanaşı ərazidə sosial-məişət obyektlərininvə uşaq oyun meydançalarının istifadəyə verilməsi nəzərdətutulub.

Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2016-cı iltarixli 1113 nömrəli Fərmanına əsasən Mənzil İnşaatı DövlətAgentliyinin sərəncamında olan mənzillərin əldə edilməsi “Elektronhökumət” portalı üzərində (www.e-gov.az) “Güzəştli mənzil” sistemivasitəsilə elektron qaydada həyata keçirilir.

Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahibolmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetəsahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıranömrəsindən asılı olmayaraq mənzillərin seçimində bərabər hüquqamalikdirlər.

Məqalədə:
Избранный
47
az.trend.az

1Источники