RU

Həbsdən qaçan məhbusa əlavə cəza verilirmi? - “Cinayət Məcəlləsində 2 maddə var”

“Türmədən qaçış cəzanı ağırlaşdıran haldır. Cinayət Məcəlləsində həbsdən qaçışla bağlı əlavə maddələr var. Həmin məhbuslar daha ciddi rejimə keçirilir”.

Bu sözləri “Yeni Sabah”a hüquqşünas Toğrul Məmmədov deyib. 

O vurğulayıb ki, məhbusun cəzaçəkmə müəssisəsindən qaçması halları ilə bağlı Cinayət Məcəlləsində 2 maddə var: pizza mizza

“304-cü maddə “Azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud mühafizə altından qaçma” adlanır. 304.1-də deyilir: “Cəza çəkən, həbs edilən və ya tutulan şəxsin azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud mühafizə altından qaçması 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

Daha sonra bu hallar var: 304.2. Eyni əməllər:

304.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;

304.2.2. həyat və ya sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə törədildikdə;

304.2.3. silah işlətməklə və ya silah qismində işlədilən əşyalardan istifadə olunmaqla törədildikdə 2 ildən 6 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 305 “Azadlıqdan məhrum etmə növündə cəza çəkməkdən boyun qaçırma”dır. 

Azadlıqdan məhrum etmə yerindən qısa müddətə getməsinə icazəsi olan şəxsin icazə müddəti başa çatmaqdan sonra geri qayıtmaması 1 bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

Xatırladaq ki, 2024-cü ildə 19 məhkum saxlanıldığı cəzaçəkmə müəssisəsindən qaçıb. Bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb. Bu say əvvəlki illə müqayisədə 10 nəfər azdır. 

Nazim Hacıyev


Telegram kanalımız
Избранный
126
50
yenisabah.az

10Источники