Hindistanın şimalına güclü yağış yağması nəticəsində 60 nəfərin ölümünə səbəb olub .
Bu barədə “Times of India” məlumat yayıb.
Nəşr Cammu və Kəşmir əyalətinin baş naziri Ömər Abdullaya istinadən, "Kiştvarda leysan yağışları nəticəsində 60 nəfər ölüb, 100-dən çox insan yaralanıb",-deyə qeyd edib.
Bildirilib ki, indiyədək 160-dan çox insan xilas edilib, onlardan 38-nin vəziyyəti ağırdır. Bir neçə nəfər hələ də itkin düşdüyündən ölənlərin sayının artacağı gözlənilir.