RU

Azərbaycanda qızıl və gümüş ehtiyatı nə qədərdir?

ain.az, Banco.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda cari ilin yanvar-iyul aylarında mədənçıxarma sənayesində istehsal olunmuş qiymətli metal filizlərinin 1 862,7 kiloqramı qızılın, 2 533,5 kiloqramı isə gümüşün payına düşüb.  

Banco.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Qeyd edilib ki, qızıl istehsalı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 49,2%, gümüş istehsalı isə 32,9% artıb.

Avqustun 1-nə olan vəziyyətə əsasən, ölkədə 167,5 kiloqram hazır qızıl, 577,3 kiloqram hazır gümüş ehtiyatı var.

Bizi sosial şəbəkələrdən izləyin!!

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
55
21
banco.az

10Источники