Azərbaycanda bu ilin yanvar-iyul aylarında hava nəqliyyatı ilə 2 282 min və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,7 faiz çox sərnişin daşınıb.
Bu barədə Bakues.az Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.
Hesabata əsasən, hesabat dövründə daşımaların 99,9%-i dövlət, 0,1%-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.
“Hesabat dövründə bu nəqliyyat növü ilə yükdaşıma 4,2% azalaraq 223,5 min ton olub”, – hesabatda qeyd olunur.