RU

Kris Kolumbusdan açıqlama: Bu filmin 35 il sonra yenidən çəkilməsi səhv olardı...

Kulis.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

1990-cı ildə çəkdiyi məşhur "Home Alone" ("Evdə tək") və 1992-ci ildəki davam filminin rejissoru Kris Kolumbus bildirib ki, bu filmlərin 35 il sonra yenidən çəkilməsi səhv olardı.

Kulis.az xəbər verir ki, o, filmlərin xüsusi bir dövrün məhsulu olduğunu və həmin atmosferi təkrarlamanın mümkün olmadığını vurğulayıb: “35 il əvvəl etdiyimiz bir şeyi yenidən etməyə çalışmaq səhv olardı. Bunu olduğu kimi buraxmaq lazımdır.”

Sənətçi açıqlamanı Makaulay Kulkinin "Kevin McCallister" roluna geri dönmə ehtimalı ilə bağlı son zamanlarda yayılan xəbərlərə görə verib.

Qeyd edək ki, Kulkin 2024-cü ilin dekabrında keçirilən bir tədbirdə uyğun bir ssenari təklifi alarsa, rolu yenidən canlandırmağa açıq olduğunu bildirib.

Maykl Ceksonun qızı “İnterviziyada” ABŞ-ı təmsil edə bilər

Muzeyə bağışlanan gitara oğurluqdur?

Məmməd İsmayıl xəstəxanadan evə buraxıldı

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
9
1
kulis.az

2Источники