RU

Tramp-Putin görüşü üçün Alyaskaya gedən Rusiya jurnalistlərinə Kiyev kotleti verildi...

Yazını böyüt
Yazını kiçilt

Donald Tramp və Vladimir Putinin görüşündən əvvəl xüsusi reyslə gətirilən rusiyalı jurnalistlərə Ukrayna yeməyi yedizdirilib və xokkey kompleksində yerləşdirilib. Sanksiyalar onları, demək olar ki, rabitədən məhrum edib.

Hafta.az bu haqda "Fokus" nəşrinə istinadla xəbər verir.

"RT-"nin baş redaktoru Marqarita Simonyan bildirib ki, Donald Tramp və Vladimir Putin arasında keçirilən sammiti işıqlandırmaq üçün xüsusi reyslə Alyaskaya gətirilən rusiyalı təbliğatçılara uçuş zamanı Kiyev kotletləri verilib.

Səfər iştirakçılarına otel əvəzinə yerli xokkey arenasında gecələmək üçün yerlər verilib. Orada onlar üçün müvəqqəti çarpayılar düzülüb.

“The Times” qeyd edir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov görüşə “SSRİ” yazısı olan köynəkdə gəlib.

“Reuters” və “The Guardian”ın yazdığına görə, beynəlxalq sanksiyaların təsiri ilə Rusiya mediasının nümayəndələri və Ankoriçdəki nümayəndə heyətinin mobil rabitəsi praktiki olaraq yoxdur. Zəng etməyin yeganə yolu "Wi-Fi" vasitəsilədir, lakin bir gün əvvəl Rusiya ən populyar messencerlərdə zəngləri məhdudlaşdırıb.

“Fokus” xəbər verir ki, ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında görüş Alyaskanın Ankoric şəhərində saat 11:00-da (Kiyev vaxtı ilə 22:00, Bakı vaxtı ilə 23:00-da) baş tutacaq.

Politoloq Oleq Posternak da bildirib ki, Alyaskadakı görüşdən taleyüklü nəsə gözləmək üçün bütün əsaslar var - məsələn, atəşin dayandırılmasını...

Избранный
32
50
hafta.az

10Источники