ABŞ Prezidenti Donald Tramp açıqlayıb ki, Aleykada keçiriləcək görüşdə torpaq mübadiləsi məsələsi müzakirə olunacaq, lakin yekun qərarı Ukrayna verəcək.
“Torpaq mübadiləsi məsələsi müzakirə olunacaq, amma mən Ukraynanın qərar verməsinə imkan verməliyəm”, — Tramp bildirib.
O əlavə edib ki, ABŞ Avropa ölkələri ilə birlikdə Ukraynaya müəyyən təhlükəsizlik zəmanətləri təqdim edəcək, lakin bu NATO çərçivəsində olmayacaq.
//Samir Qurbanov, Editor.az