ABŞ prezidenti Donald Tramp Alyaska sammitinin Ukrayna məsələsində irəliləyiş əldə etməyəcəyi təqdirdə Rusiyanı ağır iqtisadi nəticələrlə hədələyib.
Publika.az xəbər veriri ki, Ankoric sammitinə getməzdən əvvəl Tramp diqqətini ölkəsinin problemlərinə yönəltmək istədiyini, lakin “həyatları xilas etmək üçün” Ukrayna münaqişəsinin həllində iştirak etdiyini söyləyib.
"Mən ümid edirəm ki, Rusiya prezidenti Vladimir Putinlə görüşümüzdən nəsə çıxacaq”, - Tramp bildirib.
Ağ Ev rəhbərinin sözlərinə görə, o, Ukrayna istiqamətində irəliləyiş əldə olunarsa, Putinlə biznes məsələlərini müzakirə etməyə hazır olduğunu açıqlayıb. O, ABŞ-ın iqtisadi potensialında Rusiya tərəfdən maraq gördüyünü vurğulayıb.