“İki ölkə arasında olan məsələlər hələ müharibədən əvvəl Cenevrədə yüksək səviyyəli nümayəndə heyətləri arasında müzakirə olunub. Avropada təhlükəsizlik və digər mövzular da həmin gündəlikdə yer alıb. Əminəm ki, Tramp-Putin görüşündə də bu və digər məsələlər geniş şəkildə müzakirə olunacaq. Zəngəzur dəhlizi mövzusunun gündəmə gəlib-gəlməyəcəyi barədə dəqiq fikir söyləmək çətindir, amma bu da istisna deyil”.
Bunu “Yeni Sabah”a açıqlamasında Azərbaycanın keçmiş Xarici işlər naziri Tofiq Zülfiqarov deyib.
ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında bu gün keçirilməsi nəzərdə tutulan görüş haqda danışan Zülfüqarov əvvəlki dövrlərdə daha aşağı səviyyəli görüşlərdə iki ölkə arasında bir sıra mühüm məsələlərin müzakirə edildiyini xatırladıb. Pepperoni pizza
Onun sözlərinə görə, Qərb uzun illər Rusiyanı postsovet məkanında dominant oyunçu kimi qəbul edib, lakin indi vəziyyət dəyişir:
“Tramp köhnə yanaşmaya davam edəcək, yoxsa yox – məncə, bu cür siyasi yanaşma artıq öz aktuallığını itirib. Digər tərəfdən, Trampın layihəsi onun imici üçün çox vacibdir. Bu məsələdə Tramp administrasiyasının güzəştə getməsi, əminəm ki, mümkün olmayacaq. Çünki bu, həm Rusiyaya, həm də İrana aid bir mövqedir. Vaşinqtondakı görüşdə səslənən bəyanatlar və dövlət departamenti səviyyəsindəki fikirlər Trampın mövqeyini ciddi şəkildə əks etdirir”.
Zülfiqarov bildirib ki, müzakirələrdə Orta Dəhlizlə yanaşı, Şimal-Cənub Dəhlizinin də gündəmə gəlməsi mümkündür:
“Sovetlər dövründə Culfa dəmiryol bağlantısı var idi. Zəngəzur dəhlizi işə düşdükdən sonra Şimal-Cənub dəhlizinin dəmiryol bağlantısı da öz həllini tapdı. Ümumiyyətlə, bu tranzit yollar siyasətlə bağlıdır. Uzunluğu minlərlə kilometr olan dəmir yolları mövcuddur və bu layihələrdə iştirak edən ölkələr suveren hüquqlarından istifadə edirlər. Əgər Şimal-Cənub dəhlizini götürsək, bir neçə min kilometrdir. Bu dəhlizə nəzarət üçün 42 kilometrin bu qədər əhəmiyyət kəsb etməsi məntiqə uyğun deyil. Bəziləri düşünür ki, Tramp 42 km-lik yola nəzarət etsə, dünyanın dəmir yollarına nəzarət edəcək. Bu isə məntiqdən uzaq bir iddiadır”.
Rəvan Rzazadə
Telegram kanalımız