RU

Qazaxın Xanlıqlar kəndində açıq ərazidə baş verən yanğın söndürülüb

Bakı, 15 avqust, AZƏRTAC

Qazax rayonunun Xanlıqlar kəndində açıq ərazidə yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumat daxil olub və dərhal əraziyə nazirliyin qüvvələri cəlb olunub.

Nazirliyin İctimaiyyətlə əlaqə idarəsindən AZƏRTAC-a verilən məlumata görə, əməliyyat şəraitinə uyğun həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın daha geniş əraziyə yayılmasına imkan verilmədən söndürülüb.

Yanğın nəticəsində təxminən 80 hektar sahədə quru ot və kol-kos yanıb.

Yaxınlıqdakı tikililər və meşə ərazisi yanğından mühafizə edilib.

 

Избранный
33
15
azertag.az

10Источники