RU

Övladının yerinə ona peşə seçən valideynlərin DİQQƏTİNƏ

Gənclər karyera seçərkən yalnız öz arzularına deyil, ailə və ətrafın təsirinə də məruz qalırlar. 

Bu da bəzən onların öz seçimlərini dəyişməsinə səbəb olur. Nəticədə bir çox gənc öz maraqlarını kənara qoyaraq başqalarının istədiyi peşəni seçir.Bəs ailə təzyiqi və ətraf mühit gənclərin karyera seçiminə necə təsir edir?

Mövzu ilə bağlı “Cebheinfo.az” –a açıqlama verən psixoloq Fəridə Müsəvi bildirib ki,  bəzən valideynlər öz arzularını övladıları üzərindən gerçəkləşdirmək istəyirlər:

“Ümumiyyətlə, bizim cəmiyyətdə karyera baxımından ailə müdaxiləsi çox olur. Bəzən valideynin yarım qalmış, həyata keçirə bilmədiyi arzusu olur və bunu öz övladı üzərində icra etmək istəyir. 

Təbii ki, bu da gənclərin yanlış istiqamətə, nəyinsə, kiminsə xatirinə  istəmədiyi sahəyə yönlənməsinə səbəb olur. Bir çox hallarda gənclərin arzulamadığı, müdaxilələrlə seçilən sahədə özünü tapa bilməməsi ilə nəticələnir”. 

Psixoloq qeyd edib ki, valideynlərin yönləndirdiyi sahə nə qədər uğurlu olsa da, gənclərin arzusu daha önəmlidir:

“Valideyn və ətrafdakı insanların müdaxiləsi ilə, istəksizcə seçilən sahədə uğurlu karyeradan söhbət gedə bilməz. Seçilən sahə nə qədər uğurlu olsa da, orda özünü görməyən şəxs olur. 

Yəni gənclərin seçiminə müdaxilə edən valideynlərin əvvəldən gələn, basdırılmış duyğuları, arzuları olur ki,  bunu övladının üzərində reallaşdırmaq arzusu olur”.

Избранный
11
1
cebheinfo.az

2Источники