RU

Güzgüyə baxmayıb qəza şəraiti yaratdı, sonra özünə haqq qazandırdı: Get qanunu öyrən VİDEO

Avtosfer saytına istinadən ain.az xəbər verir.

Sabunçu rayonunda yol hərəkəti qaydalarının pozulması nəticəsində təhlükəli vəziyyət yaranıb. Avtosfer.az xəbər verir ki, hadisə Yavər Əliyev küçəsində qeydə alınıb.

Belə ki, “VAZ” markalı 77-CY-574 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü manevr qaydasını pozaraq sağ zolaqla hərəkət edən motosikletçiyə təhlükəli vəziyyət yaradıb.

Videodan da aydın şəkildə görünür ki, avtomobilin sürücüsü sağ zolağa qəfil manevr edərək motosikletin qarşısına çıxıb. 

Hadisədən sonra avtomobil sürücüsü motosikletçiyə başını pəncərədən çıxararaq “get yol hərəkəti qaydasını öyrən” deyərək özünü haqlı çıxarıb.

Fidan

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
10
avtosfer.az

1Источники