RU

Şərurlu İsfəndiyar milyonluq avtomobillərinə həbs qoyulmasından DANIŞDI

“Şərur” Mənzil-Tikinti Kooperativinin sahibi İsfəndiyar Axundovun milyonluq avtomobillərinə həbs qoyulmasından danışıb.

Publika.az xəbər verir ki, İsfəndiyar Axundov Teleqraf-a açıqlamasında avtomobillərinə qoyulan həbs qərarının ləğv edildiyini bildirib.

“Avtomobillərimə həbs qoyulmuşdu, amma iki-üç gün öncə Nərimanov Rayon Məhkəməsinin qərarı ilə ləğv edildi. Mətbuatda adıçəkilən 9 avtomobilin hamısı mənə məxsusdur”, - deyə o açıqlayıb.

Qeyd edək ki, bu haqda ilk xəbəri Qaynarinfo.az yayıb. İş adamına məxsus 9 avtomobilə həbs qoyulsa da, məhkəmə qərarı qanunsuz hesab edərək ləğv edib.

Избранный
31
1
publika.az

4Источники