
ABŞ Prezidenti Donald Tramp Belarus Prezidenti Aleksandr Lukaşenkoya zəng edib.
Yeniavaz.com xəbər verir ki, söhbət barədə ilk məlumatı Lukaşenkonun mətbuat xidməti verib. Daha sonra Trampın özü danışıqları təsdiqləyib.
“Zəngin məqsədi 16 məhbusun azadlığa buraxılmasına görə Lukaşenkoya təşəkkür etmək olub. Biz daha 1300 məhbusun azad edilməsi imkanlarını da müzakirə edirik. Söhbət çox yaxşı keçdi. Biz bir çox mövzulara, o cümlədən Rusiya Prezidenti Putinin (Vladimir - red.) Alyaskaya səfərinə toxunduq. Mən gələcəkdə prezident Lukaşenko ilə görüşü səbirsizliklə gözləyirəm”, - ABŞ lideri bildirib.