RU

Bu şəxslərin maaşı 3900 manatı ÖTDÜ - RƏSMİ

2025-ci ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 9,4 faiz artaraq 1097,3 manat təşkil edib.

Dövlət Statistika Komitəsindən Bizim.Media-ya bildirilib ki, əməkhaqqı neft-qaz sektorunda 3918,7 manat, qeyri-neft-qaz sektorunda 1044,9 manat olub. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 1061,8 manat, özəl müəssisələrdə isə 1133 manat təşkil edib.

Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.

Bizim.Media

Избранный
70
5
bizim.media

10Источники