BAKI, 15 avqust. TELEQRAF
Ukrayna Alyaskada keçiriləcək Tramp - Putin görüşündə ABŞ-ın güclü mövqeyinə ümid edir.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalında bildirib.
"Biz Amerikanın güclü mövqeyinə ümid edirik. Hər şey bundan asılı olacaq - ruslar Amerikanın gücü ilə hesablaşırlar. Məhz güclə", - o qeyd edib.
Zelenskinin sözlərinə görə, bir gün əvvəl o, Amerika Birləşmiş Ştatları və Avropa nümayəndələri ilə “nəyin işləyə biləcəyini” müzakirə edib.
"Hər kəsin münaqişəyə vicdanla son qoyulmasına ehtiyacı var", - deyə o əlavə edib.
Avqustun 15-də Putin və Tramp Alyaskada danışıqlar aparacaq. Əsas mövzu Ukraynada sülhdür. Müzakirə olunan təkliflər arasında ərazilərin mübadiləsi və Kiyevin NATO-ya üzv olmaqdan imtinası ola bilər. Görüşdə Rusiya ilə ABŞ arasında iqtisadi əməkdaşlıq məsələlərinə də toxunulacaq.