RU

Gənc bəstəkar Orxan Lətifzadə şəhid Xudayar Yusifzadəyə mahnı həsr etdi

Gənc bəstəkar Orxan Lətifzadə şəhid Xudayar Yusifzadəyə mahnı həsr etdi.

İncə qəlbli incəsənət insanı şəhid Xudayar Yusifzadəyə və onun timsalında bütün şəhidlərimizə həsr edilmiş bəstəkar Orxan Lətifzadənin “VƏTƏN OĞLU” mahnısına resenziya.

Doğma vətənimizə çox zalımlar göz dikmiş, xalqımıza qarşı amansızcasına qətliam törətmişdirlər. Azərbaycan xalqı isə hər zaman vətəninə, dilinə, dininə,
milli mənsubiyyətinə sadiq olan əsl vətənpərvər və qəhrəman oğullar, qızlar yetişdirmişdir. Elə bu səbəbdən də bu gün Azərbaycan bütün dünyada güclü, öz sözünü deyə bilən bir dövlət kimi tanınmaqdadır.

Bu gün biz Qalib Xalqıq!
Torpağımızın azadlığı uğrunda şücayətli vətən oğulları, Ali baş komandanımız, cənab İlham Əliyev ilə bir yumruq oldular! Onlar “Dəmir yumruğun” gücünü göstərdilər! Vətənimiz böyük bir müharibədən üzü ağ, qalib çıxdı!

Bu yolda neçə-neçə şəhidlər qurban versək də, ağbirçək analar öz oğullarını Azərbaycan xalqına yaraşan tərzdə mərdi-mərdanə şəkildə onları əbədi dünyaya uğurladılar! Uca Allah Şəhidlərimizə Rəhmət Eləsin!

Qorxmaz vətən oğulları cəbhəyə deyə-gülə yollanırdılar. O ağır şəraitdə, həm düşmənlə döyüşür, həm də güllə səsləri altında yüksək əhval ruhiyyə iləçıxışlar edir və qalib olacaqlarına ürəkdən inanırdılar! Bəzən hansısa musiqi alətində ifa edir, bəzən oxuyurdular. Belə igid qəhrəmanlardan biri isə Şəhid Xudayar Müslüm oğlu Yusifzadədir.

O, yaşadığı 22 illik qısa ömrü şərəflə başa vurdu. X.Yusifzadə həm də incəsənət insanı idi. Müharibə zamanı ölümündən iki gün əvvəl Azərbaycan SSRİ xalq artisti Əlibaba Məmmədovun, Əliağa Vahidin sözlərinə bəstələdiyi “Vətən yaxşıdır” adlı təsnifi ifa edərək sosial mediada paylaşmışdı. Daha sonra bu təsnif xalq arasında “Xudayar təsnifi” kimi məşhurlaşmağa başladı və Ə.Məmmədovun razılığı ilə həmin adla adlandırıldı. Yəqin, heç özü də bilməzdi ki, səsləndirdiyi bu ifa özündən sonra neçə könüllərə yol tapacaq, neçə şəhid anasının dinlədiyi bir əsərə çevriləcək. Onun bu ifası həm də əslən Şəkidən olan gənc bəstəkar Orxan Lətifzadənin də qəlbinə yol tapmışdır. Öz vətənpərvərliyi ilə seçilən və yaradıcılığında daim bu prinsipi əks etdirmiş olan beynəlxalq müsabiqələr laureatı bəstəkar Orxan Lətifzadə “Vətən oğlu” mahnısını şəhidimiz Xudayar Yusifzadəyə həsr etmişdir. Mahnının sözləri “İlin vətənpərvər şairi”, “Qızıl qələm” kimi media mükafatlarına layiq görülmüş olan Zaur Cəfərova məxsusdur. Şəki şəhərindən olan hər iki yaradıcı insan bu əsərin ərsəyə gəlməsinə böyük əmək sərf etmişdirlər.

Bəstəkar O, Lətifzadə bu əsəri orkestr üçün işləyərək mahnı janrının bütün imkanlarını sərgiləmişdir. Şair isə öz qəlbinin qəlbinin ən dərin hisslərini
qələminin gücü ilə vurğulamışdır:

Bizlərə örnəksən öz əməlinlə
Dəyər qazanmısan doğma elində
Dur, Vətən gözləyir! Dur öz dilinlə!
Xudayar təsnifi oxu! Oxu Xudayar!

Gəncə Dövlət Filarmoniyasının solisti Vasif Talıbovun da orkestr ilə birlikdəbu mahnıya xüsusi əhval ruhiyyə qazandırmışdır. Demək olar ki, bəzi məqamlarda o, öz hisslərini cilovlaya bilmir, odlu-alovlu ifa edir. İnsanın duyğularına yüksək təsir edən “Vətən sağ olsun” adlı bu əsər əsl vətənpərvər ruhda səslənir.

Ümid varıq ki, gələcəkdə bu mahnı Azərbaycan xalqının mərdliyini, qəhrəmanlığını tərənnüm edən ən dəyərli incəsənət nümunələrindən birinə
çevriləcəkdir!

Rüfət Piriyev

Избранный
23
3
turkustan.az

4Источники