Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında Alyaskada görüş “üçün-üçə” formatında keçiriləcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ağ Evin hesabatında deyilir.
ABŞ Dövlət katibi Marko Rubio və Tramın xüsusi nümayəndəsi Stiven Uitkoffun da bu görüşə qoşulacağı bildirilir.
Məlumatda o da qeyd edilir ki, Putinlə ABŞ lideri arasında görüşün əvvəllər “təkbətək” formatında keçirilməsi planlaşdırılırdı.