RU

Novxanıda bir nəfər dənizdə batdı

Xəzər dənizinin Novxanı qəsəbəsi ərazisindən keçən hissəsində faciəvi hadisə baş verib.

News24.az “Report”un yerli bürosuna istinadən xəbər verir ki, 2009-cu il təvəllüdlü Bayramov Murad dənizdə çimərkən boğulub.

Hadisə barədə məlumat daxil olduqdan sonra axtarış-xilasetmə tədbirləri həyata keçirilib və yeniyetmənin cansız bədəni sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Избранный
120
50
news24.az

10Источники