Dünən Misli Premyer Liqasında 2025/26 mövsümü start götürüb.
Çempionatın açılış matçında bu il elitaya yüksələn komandalar üz-üzə gəlib: Yevlaxın "Karvan" klubu Şamaxıda "Qəbələ" ilə qarşılaşıb. Gərgin və maraqlı mübarizə şəraitində keçən oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb. Görüşün baş hakimi Əliyar Ağayev olub.
Qarşılaşmada qolları Domi Massumo və Murad Musayev (avtoqol) vurublar.
Xatırladaq ki, 12 komandanın iştirak edəcəyi çempionat 3 dövrədən və 33 turdan ibarət olacaq. Turun növbəti oyunlarının təqvimini təqdim edirik:
16 avqust (şənbə)
17:00. "İmişli" - "Turan Tovuz"
Şamaxı şəhər stadionu
20:00. "Neftçi" - "Şamaxı"
"Neftçi Arena"
17 avqust (bazar)
20:30. "Sumqayıt" - "Kəpəz"
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
19 avqust (çərşənbə axşamı)
20:00. "Zirə" - "Araz-Naxçıvan"
Zirə İdman Kompleksinin stadionu
Qeyd edək ki, ilk turun "Sabah" - "Qarabağ" matçı təxirə salınıb.
"Azərbaycan"