RU

“Ukrayna xalqı qardaşımızdır, baş verənlər bizim üçün faciədir” — PUTİN

“Biz Ukrayna xalqını həmişə qardaş hesab etmişik və hesab edirik, köklərimiz eynidir, baş verən hər şey bizim üçün faciə və ağrıdır“.

AzPost bildirir ki, bu sözləri Rusiya prezidenti Putin Trampla keçirdiyi birgə mtbuat konfransıda deyib.

O, deyib ki, Rusiya münaqişəyə son qoymaqda maraqlıdır: “Amma eyni zamanda, biz əminik ki, nizamlanmanın uzunmüddətli olması üçün böhranın bütün səbəbləri aradan qaldırılmalıdır. Rusiyanın bütün qanuni narahatlığı qəti şəkildə nəzərə alınmalıdır. Biz bunun üzərində işləməyə hazırıq, ümid edirəm ki, bu, Ukraynada sülhə yol açacaq. Ümid edirəm ki, Kiyev və Avropa paytaxtları hər şeyi konstruktiv şəkildə qəbul edəcək və pərdəarxası intriqaların köməyi ilə yaranan tərəqqiyə mane olmağa çalışmayacaqlar”.

Избранный
4
1
demokrat.az

2Источники