Bakı, 16 avqust, AZƏRTAC
Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2025” planına uyğun olaraq tədbir keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, tədbir zamanı Xaçındərbənd kəndi ərazisində yabanı halda bitən çəkisi 2 ton olan 1560 ədəd çətənə bitkisi toplanılaraq yandırılıb.