RU

Dünyanın ən çirkin iti seçildi

ain.az bildirir, Qafqazinfo portalına istinadən.

Kaliforniyada ənənəvi “Dünyanın ən çirkin iti” müsabiqəsi keçirilib.

“Qafqazinfo” “The New York Times”a istinadən xəbər verir ki, müsabiqənin qalibi Oreqon ştatından iki yaşlı Petuniya adlı it olub. 

Petuniya və sahibi mükafat olaraq 5 min dollar qazanıb. Bununla yanaşı, onlar “NBC” telekanalında yayımlanan “Today” şousunda iştirak üçün Nyu-Yorka səfər edəcəklər. 

Bildirilib ki, qalib olan it bir neçə il əvvəl dəhşətli şəraitdə saxlanıldığı keçmiş sahibindən xilas edilib. Ona qulluq hələ də davam etdirilir. 

Ümumilikdə birinci yer uğrunda 10 it mübarizə aparıb. 

Qeyd edək ki, “Dünyanın ən çirkin iti” müsabiqəsi 50 ilə yaxındır təşkil edilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
17
3
qafqazinfo.az

4Источники