“Barselona” sağ cinah müdafiəçisi Jül Kunde ilə müqaviləni uzadıb.
Publika.az xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb.
Fransa yığmasının üzvü ilə yeni anlaşma 30 iyun 2030-cu ilədək qüvvədə olacaq. Qarşıdakı mövsüm 26 yaşlı futbolçunun “Barselona”dakı dördüncü mövsümü olacaq.
Klubda keçirdiyi müddətdə Kunde 141 oyuna çıxıb, 7 qol vurub və 18 qol ötürməsi edib.