RU

Azərbaycanda taksi istifadəçilərinin sayı azalıb

Cari ilin yanvar-iyul aylarında Azərbaycanda taksi xidmətindən istifadə edən sərnişinlərin sayı 47 137,4 nəfər olub, bu da illik müqayisədə 0,1% azalma deməkdir.

Bu baradə Bakıvaxtı.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

    Məlumata əsasən, ötən ilin yanvar-iyul aylarında ölkə üzrə taksi xidmətindən 47 184,6 müştəri istifadə edib.

    Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında Azərbaycanda nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə daşınan sərnişinlərin sayı 5% artaraq 1 187 694,8 min təşkil edib.

    Избранный
    51
    8
    bakivaxti.az

    9Источники