Azpolitika.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Çoxlarının fiasko kimi dəyərləndirdiyi Alyaska sammitindən sonra növbəti Tramp-Putin görüşünün nə vaxt, harada keçiriləcəyi və ümumiyyətlə, belə bir görüşün olub-olmayacağı ilə bağlı sual yaranıb.
“AzPolitika” xəbər verir ki, Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovun dediyinə görə, Vladimir Putin və Donald Tramp arasında növbəti görüşün nə vaxt baş tutacağı barədə hələlik məlumatı yoxdur.
"Hələ bilmirəm", - deyə Uşakov müvafiq suala cavab verib: “Hazırda ABŞ Prezidenti həmkarlarına zəng vuracağını və onlarla cari danışıqların nəticələrini müzakirə edəcəyini söyləyib. Və bundan sonra nə edəcəyimizə qərar verəcəyik".
“AzPolitika.info”
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.