RU

Azərbaycanda kişi qardaşı arvadını öldürdü - TƏFƏRRÜATLAR - YENİLƏNİB

Avqustun 16-da saat 4 radələrində Cəlilabad rayonunun Alar kəndində 62 yaşlı Nərimanova Rəviyyə Əliheydər qızının yaşadığı evdə kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. 

DİN mətbuat xidmətinin regional qrupundan News24.az-a bildirilib ki, münaqişə zəminində həmin cinayət əməlini törətməkdə şübhəli bilinən qaynı, 41 yaşlı Əliyev Təhmasib Tərixan oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib. 

Araşdırma aparılır.

***

Cəlilabad rayonunun Alar kəndində baş verən qətlin bəzi təfərrüatları məlum olub.

News24.az APA-ya istinadən xəbər verir ki, 41 yaşlı Təhmasib Əliyev qardaşı, 48 yaşlı Firdovsinin həyat yoldaşı 62 yaşlı Rəviyyə Nərimanovanı bıçaqlayaraq qətlə yetirib.

İlkin məlumata görə, hadisəyə səbəb tərəflər arasında uzun müddət davam edən mülk davası olub. Son günlər Təhmasib, Rəviyyəyə “dilini kəsəcəyəm” deyə hədələyib. Qadın da bu təhlükə barədə əvvəlcədən Biləsuvarda yaşayan ailəsinə məlumat verib.

Hadisə səhər tezdən, Firdovsi evdən bazara gedəndən az sonra baş verib. Qətli törətməkdə şübhəli bilinən Təhmasib pəncərədən evə daxil olaraq qadını yataq otağında qətlə yetirib.

Onu da qeyd edək ki, Təhmasib əvvəllər də məhkumluq həyatı yaşayıb.

Eləcə də ailələrin ikitərəfli qohumluq əlaqələri olub. Belə ki, ailənin bacısı qətlə yetirilən Rəviyyənin qardaşının həyat yoldaşıdır.

***

Cəlilabadda qətl hadisəsi baş verib.

News24.az Qafqazinfo-a istinadən xəbər verir ki, hadisə rayonun Alar kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1963-cü il təvəllüdlü Rəviyə Nərimanova bıçaqlanaraq qətlə yetirilib. T. Nərimanovanın ölümündə qaynı Təhmasib Əliyev şübhəli bilinir. 

Ailədaxili münaqişə zəminində qətldə şübhəli bilinən T.Əliyevin tutulması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Faktla bağlı araşdırma aparılır.


Избранный
167
19
news24.az

10Источники