RU

Əsas heyət arzusu Rza Cəfərovu yol ayrıcına gətirdi

“Neftçi”nin qapıçısı Rza Cəfərovun klubdan ayrılmaq istədiyi barədə xəbərlər dolaşır. Təcrübəli qolkiper “ağ-qaralar”da ehtiyatda oturmaq istəmir.

O, Kenan Piriçin heyətə cəlb edilməsinin ardından komandadan getmək istəyir.

“Araz Naxçıvan” oyunçunun xidmətində maraqlıdır. Ancaq Naxçıvan klubunun da heyətində Kristan Avram var. Moldovalı komandasının əsas qapıçısıdır. Bu səbəbdən də Cəfərov bu təklifə tərəddüdlə yanaşır.

O, davamlı oyna biləcəyi komandaya getmək niyyətindədir.

İdmanxeber.az

 

Избранный
16
1
idmanxeber.az

2Источники