ABŞ-da keçirilən Sinsinnati tennis turnirində bütün yarımfinalçılar məlum olub.
Offsideplus.az xəbər verir ki, öncəki gün Yannik Sinner və Terens Atman bunu bacarmışdı.
Dünən gecə ilk olaraq Karlos Alkaras korta çıxıb. O, rusiyalı Andrey Rublyovla üz-üzə gəlib.
Alkaras görüşdən qələbə ilə ayrılmağı bacarıb - 6:3, 4:6, 7:5.
Aleksandr Zverev isə Ben Şeltona şans tanımayıb - 6:2, 6:2.
Yarımfinalda Sinner Atmanla, Alkaras isə Zverevlə qarşılaşacaq.
Qeyd edək ki, 23 yaşlı Atman turnirin ən böyük sürprizlərindən biridir. O, Holger Rune və Teylor Frits kimi tennisçiləri mübarizədən kənarlaşdırmağı bacarıb.
Qadınların mübarizəsində isə yarımfinalçılar belədir: Veronika Kudermetova - Jasmin Paolini, İqa Şvyontek - Yelena Rıbakina.